بازتاب‌های یک نامه

بازتاب ها و واکنش ها درباره نامه رهبر انقلاب به جوانان اروپا و آمریکای شمالی

بازتاب‌های یک نامه

بازتاب ها و واکنش ها درباره نامه رهبر انقلاب به جوانان اروپا و آمریکای شمالی

بسم‌ الله الرّحمن الرّحیم

به عموم جوانان در اروپا و امریکای شمالی

حوادث اخیر در فرانسه و وقایع مشابه در برخی دیگر از کشورهای غربی مرا متقاعد کرد که درباره‌ی آنها مستقیماً با شما سخن بگویم. من شما جوانان را مخاطب خود قرار میدهم...

طبقه بندی موضوعی
بایگانی

Allahın adıla


 “Fransadakı son hadisələr və digər qərb ölkələrində baş vermiş buna oxşar hadisələrdən sonra əmin oldum ki, bu barədə sözümü sizə birbaşa deməliyəm. Mən sözlərimi siz cavanlara ünvanlayıram.

Buna görə deyil ki, sizin ata və analarınızı görməməzlikdən gəlirəm. Səbəb budur ki, millətinizin, torpaqlarınızın gələcəyini sizin əllərinizdə görür və həqiqət axtarışı hissinin sizin qəlblərinizdə daha canlı və hətta aydın olduğunu bilirəm.

Bu məktubumda sözümü sizin siyasətçilərinizə və dövlət başçılarınıza ünvanlamıram.

Çünki onların bilərəkdən siyasət yolunu sədaqət və düzlük yolundan ayırdıqlarına inanıram.

Mənim sözüm sizinlə xüsusi olaraq İslam barədə və İslamdan sizin üçün yaratdıqları sima barədə olacaq.

İki onillik bundan öncədən (sovet hökumətinin dağılmasından sonra) ta bu vaxta kimi bu böyük dini qorxunc düşmən şəklində göstərmək üçün çoxlu təlaşlar ediblər.

Təəssüf ki, qorxu və nifrət hisslərini təhrik etməyin və bundan faydalanmağın qərbin siyasi tarixində uzun keçmişi vardır.

Mən burada indiyə qədər qərb millətlərinə təlqin olunan müxtəlif "qorxulardan” söz açmaq istəmirəm.

Siz son dövrlərdə yazılmış tarixi tənqidləri mütaliə etməklə görəcəksiniz ki, yeni tarixi baxışlarda qərbin digər dünya millətlərinə və mədəniyyətlərə qarşı etdiyi xəyanətkar və yalançı rəftar sərt tənqid olunmuşdur.

Avropanın tarixi quldarlıq dövründən daha utandırıcıdır. Müstəmləkə zamanından başlamış qara dərililərə və qeyri xristianlara qarşı olan zorakılıq xəcalətverici haldır. Sizin tədqiqatçılarınız və tarixçiləriniz məzhəb adına, katolik ve protestant arasında olan və ya millət və irq adına birinci, ikinci dünya müharibəsində tökülən qanlarla bağlı utanclarını dərin şəkildə etiraf edirlər. 

Bunun özü təqdirəlayiqdir. Mənim də məqsədim bu böyük fürsətdə tarixi tənqid etmək deyil. Əslində sizdən istəyim budur ki, öz ziyalılarınızdan soruşasınız, niyə qərbdə ümumi vicdanın oyanması həmişə on illərlə və bəzən yüz illərlə təxirə düşür?! 

Niyə yenidən baxış günün məsələlərinə deyil, kecmişə aid olmalıdır?!

Niyə mühüm mövzulardan biri olan islam təfəkkürü və mədəniyyəti ilə ümumi tanışlığın qarşısı alınır? Siz yaxşı bilirsiniz ki, təhqir, nifrət yaratmaq və “başqalarından” qorxu hissləri, müstəmləkəçilərin mənafeləri üçün müştərək zəminədir.

İndi istəyirəm özünüz-özünüzdən soruşasınız ki, niyə keçmişin qorxunc və nifrət dolu siyasəti bu dəfə görülməmiş həddə İslam və müsəlmanları hədəfə alıb?!

Niyə dünyada qüdrət quruculuğu islam təfəkkürünün haşiyədə və fəaliyyətsiz şəkildə qalmasina meyllidir?!

Məgər İslamda hansı anlamlar və dəyərlər böyük qüdrətlərə maneədir ve İslam haqda yanlış sima təqdim etməkdə nə kimi mənafe güdürlər?! 

Mənim sizdən ilk istəyim budur ki, İslam əleyhinə olan bu alçaldıcı təbliğat barədə sual verib cavab alasınız.

 

Mənim ikinci istəyim budur ki, yalan nəticə çixarmaların və mənfi təbliğatın qarşısında bu dindən birbaşa və vasitəsiz olaraq maariflənin.

 

Sağlam məntiq tələb edir ki, ən azından sizi ondan ayırmağa çalışdıqları və qorxutduqları şeyin nə olduğunu və mahiyyətini anlayasınız.

Mən israr etmirəm ki, mənim İslamdan çixarışlarımı və baxışlarımı qəbul edəsiniz, demək istəyirəm ki, bu qədər aydın həqiqət və təsirə malik bir fenomenin qərəzli şəkildə və çirkin hədəflərlə sizə tanıtdırılmasına icazə verməyin.

 

İcazə verməyin ki, özlərinin hazırladıqları terrorçuları riyakarcasına İslam ünvanında sizə tanıtdıralar.

İslamı özünün fundamental və birbaşa mənbələrindən öyrənin. İslamla Quran və onun böyük Peyğəmbərinin (s) həyatı vasitəsilə tanış olun.

Burada sizdən soruşmaq istəyirəm ki, özünüz indiyə qədər müsəlmanların quranına müraciət etmisinizmi? 

İslam peyğəmbərinin təlimlərini, insani və əxlaqi dərslərini mütaliə etmisinizmi?

İndiyə kimi İslam peyğəmbəri barəsində mediadan əlavə, digər mənbələrdən məlumat əldə etmisinizmi? 

Heç özünüzdən soruşmusuzmu ki, həmin İslam necə və hansı dəyərlər əsasında əsrlər boyu dünyanın ən böyük elmi və ideoloji sivilizasiyasının əsasını qoymuş və ən savadlı alim və mütəfəkkirləri yetişdirmişdir?

Sizdən istəyim budur ki, qorxunc və iyrənc simalar düzəldərək, sizinlə həqiqətlər arasında emosianal sədlər çəkmələrinə və bitərəf nəticə çıxara bilməniz üçün yaratdıqları maneələrə icazə verməyin.

Bu gun informasiya vasitələrinin cografi sərhədləri yardığı bir vaxtda sizi saxta və zehnlərdə düzəltdikləri sərhədlərlə hasara almalarına icazə verməyin.

Hərçənd ki, açılmış böyük boşluqları bir nəfərin əli ilə doldurmaq olmaz. Amma sizin hər biriniz özünüz və yaşadığınız mühitə həqiqətin aydın olması üçün bu boşluqların üzərindən düşüncə və insaf körpüsü tikə bilərsiniz.

Bu suallara cavab tapmaq üçün edəcəyiniz təlaş sizə yeni həqiqətləri tapmaq ücün böyük fürsət verəcək.

İslamı önyarqısız dərk edib doğru anlamaq üçün bu fürsəti əldən verməyin. Ola bilsin, sizin həqiqət qarşısında nümayiş etdirdiyiniz nailiyyət sayəsində gələcəkdəkilər qərbin islamla münasibətinin bu dönəmini daha az incimə və daha aram bir vicdanla qələmə ala bilsinlər.”

 

Seyyid Əli Xamenei

21/01/ 2015



  • پاسخ به یک نامه...

نظرات (۰)

هیچ نظری هنوز ثبت نشده است
ارسال نظر آزاد است، اما اگر قبلا در بیان ثبت نام کرده اید می توانید ابتدا وارد شوید.
شما میتوانید از این تگهای html استفاده کنید:
<b> یا <strong>، <em> یا <i>، <u>، <strike> یا <s>، <sup>، <sub>، <blockquote>، <code>، <pre>، <hr>، <br>، <p>، <a href="" title="">، <span style="">، <div align="">
تجدید کد امنیتی